Naxçıvanda zəlzələ olub

naxcivanda-zelzele-olub
Oxunma sayı: 1414

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Şahbuz stansiyasından 12 km şimal-qərbdə zəlzələ olub.

“Qafqazinfo” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib. Yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.