Nazir Füzulidə vətəndaşları qəbul edəcək

nazir-fuzulide-vetendaslari-qebul-edecek
Oxunma sayı: 1053

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beyləqan, İmişli, Xocavənd və Füzuli rayonlarının sakinlərini qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbul iyulun 25-i saat 09:00-da Füzuli rayonunun Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 24 iyul tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda iyul ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.