Nazirliyin əməkdaşına atəş açılması ilə bağlı saxlanılan var

nazirliyin-emekdasina-ates-acilmasi-ile-bagli-saxlanilan-var
Oxunma sayı: 2751

Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının odlu silah vasitəsilə xəsarət alınması ilə bağlı müraciətlə əlaqədar araşdırmalar davam etdirilir. 

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, faktla bağlı rayon sakini F. Mustafayev saxlanılaraq rayon polis şöbəsinə gətirilib və izahatı alınıb. 

Hazırda araşdırmalar Rayon Prokurorluğunda davam etdirilir.