“Neftçi” azarkeşlərindən klub rəhbərliyinə etiraz - Video

neftci-azarkeslerinden-klub-rehberliyine-etiraz
Oxunma sayı: 2540

Ötən gün Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”a 1:4 hesabı ilə uduzan “Neftçi”nin azarkeşləri klub rəhbərliyinə etiraz edib.

“Qafqazinfo” xəbər verir ki, “ağ qaralar”ın fanatları komandanın bazasının önünə gedərək nəticələrdən narazılıqlarını ifadə ediblər.

Tərəfdarlar tez-tez baş məşqçi dəyişən, Premyer Liqada uğursuz mövsüm keçirən klubun rəhbərliyindən müsbət nəticələr qazanmasını istəyiblər.