“Neftçi” – “Qarabağ” oyununda dava düşdü - 4 nəfər saxlanıldı+Video

neftci-qarabag-oyununda-dava-dusdu
Oxunma sayı: 3852

Ötən gün “Neftçi” və “Qarabağ” arasında keçirilən Azərbaycan derbisindən öncə azarkeşlər arasında dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, iki komandanın fanatları bir-birlərinə hücum ediblər. 

Bununla bağlı DİN-ə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, yaşanan insident nəticəsində 4 nəfər saxlanılıb:

“Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb. İnsidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır”.