Nərimanovda yataqxanada yanğın olub - Tüstüdən zəhərlənənlər var

nerimanovda-yataqxanada-yangin-olub
Oxunma sayı: 1345

Bakı şəhərinin Nərimanov rayonunda yataqxanada yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilir ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb.

 “Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - məlumatda qeyd olunub.