Nisyə siqaret vermədiyi üçün qadını mağazasında baltaladı

nisye-siqaret-vermediyi-ucun-qadini-magazasinda-baltaladi
Oxunma sayı: 6703

Yardımlıda xüsusi amansızlıqla qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, Ostayir kənd sakini Gülxar Məmmədova işlədiyi mağazada öldürülüb. Belə ki, mağazaya müştəri qismində gələn Firqət Məstiyev nisyə siqaret almaq istəyib, lakin qadın nisyə mal satmadığını bildirib. Bundan qəzəblənən kişi onun başına və bədəninə balta ilə zərbələr endirərək öldürüb.

F.Məstiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun hadisə zamanı içkili olduğu bildirilir. Belə ki, o, toydan çıxıb mağazaya gəlibmiş.

***

Yardımlı rayon prokurorluğundan bildirilib ki, iyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostayir kənd sakini 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbəri rus dilində oxuyun: Подробности убийства продавщицы - Свадьба приостановлена

Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.