Niyazi Bayramov Natiq Qasımovun anasının yas mərasimində iştirak etdi - Fotolar

niyazi-bayramov-natiq-qasimovun-anasinin-yas-merasiminde-istirak-etdi
Oxunma sayı: 3956

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımovanın yas mərasimində iştirak edib.
 
“Qafqazinfo” xəbər verir ki, mərasimə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri də qatılıblar. 
 
Niyazi Bayramov mərhumun ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib, Allahdan rəhmət və səbir diləyib.