Obama yenə “soyqırımı” demədi - Ermənilərə bəd xəbər

obama-yene-soyqirimi-demedi
Oxunma sayı: 3735

Bu gün ABŞ prezidenti Barak Obama “erməni soyqırımı”nın ildönümü ərəfəsində erməni dilində “Böyük fəlakət” mənasını bildirən “Meds Yeghern” ifadəsini işlədib.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, Obama 24 aprel açıqlamasını İngiltərə səfərində olarkən verib.

“Bu gün biz 20-ci əsrdə baş vermiş kütləvi qırğının- “Meds Yeghern”in ildönümünü qeyd edirik. O zamanlar Oman imperiyasının son günlərində yarım milyon erməni deportasiya olunub, öldürülüb”, - deyə Obama söyləyib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama hazırda Böyük Britaniyada rəsmi səfərdədir. O, səfər çərçivəsində kraliça II Yelizaveta və baş nazir Devid Kemeronla görüşlər keçirəcək.

Xatırladaq ki, B. Obama 2008-ci ildə prezident seçkiləri kampaniyası zamanı ermənilərə 1915-ci il hadisələrini “soyqırımı” olaraq tanıyacağına dair söz vermişdi. Lakin prezident seçiləndən sonra hər il “Böyük fəlakət” ifadəsini işlədir.