Olimpiadada hamı bu qızdan danışır - 19 yaşı var +Fotolar

olimpiadada-hami-bu-qizdan-danisir
Oxunma sayı: 7786

Rio Olimpiya Oyunlarında qadın üzgüçülərin yarışında mübarizə aparan amerikalı Keti Ledeki rekordlara imza atıb. “Qafqazinfo” xəbər verir ki, 19 yaşlı üzgüçü artıq 5 qat Olimpiya çempionudur.

2012-ci ildə London Olimpiya oyunlarında 800 metr məsafəyə sərbəst üzgüçülük yarışlarında qızıl medala sahib çıxan gənc idmançı Rioda 4 medal qazanmaqla rekorda imza atıb.

O, həmçinin Rioda dünya rekordu müəyyənləşdirib. 800 metr sərbəst üsulla üzgüçülük yarışlarında rekordu 2 saniyə təzələyib.

O , Rioda həmçinin 200 metr, 400 metr və 4x200 metr yarışlarda finişə hamıdan tez çatıb.

O, 4 qızılla yanaşı bir gümüş medal da qazanıb. 4x100 metr məsafəyə yarışlarda Ledeki 2-ci olub.

Qeyd edək ki, Ledeki 9 qat dünya çempionudur.

Elsevər