Olimpiadada rekord vuran Kamilla Vəliyevada dopinq aşkarlandı

olimpiadada-rekord-vuran-kamilla-veliyevada-dopinq-askarlandi
Oxunma sayı: 4589

Beynəlxalq Antidopinq Agentliyi Qış Olimpiya Oyunlarında rekorda imza atan rusiyalı 15 yaşlı idmançı Kamilla Vəliyevanın qanında dopinq aşkarlayıb.

“Qafqazinfo” xəbər verir ki, fiqurlu konkisürmə yarışlarında nəticəsi ilə hamını təəccübləndirən xanım idmançıda trimetazidin aşkar olunub.

Bu səbəbdən onun nəticəsi rəsmiləşdirilməyib. Hətta idmançının medalları da ona verilməyib.

Kamilla Vəliyevanın B testini verəcəyi gözlənilir.