“Ona aşiq oldum...” - Ruhi + Fotolar

ona-asiq-oldum
Oxunma sayı: 14586

İki məşhur rəfiqə: biznes-leydi Ruhi Əliyeva və modelyer Afa İsmayılova bir arada görüntülənib.

“Qafqazinfo”nun məlumatına görə, uzun müddətdir ki, rəfiqə olan tanınmış xanımlar dostluq münasibətlərindən söz açıblar.

Ruhi Əliyeva bildirib ki, qadın dostları arasında ən çox etibar etdiyi şəxs Afadır:

“Zinət əşyaları satdığımız bir butik var. Afa xanımla orada tanış olmuşduq. Daha sonra onun geyiminə, tərzinə və zövqünə vuruldum. İlk dəfə onun müştərisi olaraq qapısını döydüm. Onu yaxından tanıdım, ürəyini, qəlbini sevdim, həqiqi mənada ona aşiq oldum. Bildiyiniz kimi, “Özünə bax” və digər layihələrdə Afa xanımla işbirliyimiz və dostluğumuz davam etdi. Qadın dostlarım arasında ən etibar etdiyim şəxsdir, sadiq dostlarımdan bəlkə də, birincisidir.

Həyatımda elə şeylər olur ki, anam-bacımla yox, onunla bölüşürəm. O, hər bir insanı özü olduğu kimi anlayır. Mən onun kimi deyiləm. Azərbaycanda gördüyüm ilk modelyerdir ki, əlinə qayçı alıb paltarın formasını kəsib hazırlayır. Ustaların hazırladığı paltarı sökür, özü kökləyir, deyir ki, bu cür hazırlayın. Bu günlərdə bəzi şəxslərə həyat yoldaşı, sevgilisi, atası moda evi açır. Qadının vücudu zərifdir, onu korlamaq olmaz. Peşəkar insanlara müraciət etmək lazımdır. Afa xanım insanın xarakterinə uyğun paltar hazırlayır. O, insanı tanıdığı kimi geyindirmək istəyir. İndiki insanlar nəyə və kimlərə görəsə dostluq edir”.

Məşhur modelyer isə biznes-leydinin kaprizli müştəri olmadığını qeyd edib:

“Xanım nə qədər kaprizli olsa, bir o qədər də nə istədiyini yaxşı bilir. Ruhi xanımda istədiyini bilən insandır. Deməzdim ki, çox kaprizlidir. İlk gündən nə məsləhət görmüşüksə, onlara əməl edir. İnsanların xarakterini bilmək 5 dəqiqəlik iş deyil, onun ünsiyyətdə olursan, çalışırsan ki, daxilinə girəsən. Daha sonra xanımın xarakterinə bələd olmağa çalışısan. Bununla da insanın xarakterinə uyğun paltarlar hazırlamağa başlayırıq”.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov