“Onlar arasında telefon danışığı gözlənilmir”

onlar-arasinda-telefon-danisigi-gozlenilmir
Oxunma sayı: 849

Martın 13-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı gözlənilmir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Uşakov iki prezident arasında telefon əlaqəsinin olub-olmaması ilə bağlı sualı cavablandırarkən, “Bu gün yox”, - cavabını verib.