Onlar da Zabuxa getdilər... - Fotolar

onlar-da-zabuxa-getdiler
Oxunma sayı: 1814

Keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü baş tutub.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərindən Abşeron rayonundan köçürülən 16 ailə (62 nəfər) dekabrın 15-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər.

Mingəçevir şəhərində, Bərdə, Lənkəran və Ağcabədi rayonlarında məskunlaşmış 9 ailə (30 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Horadiz şəhərində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Həmin rayonlardan köç karvanına qoşulacaq ailələrin sayı isə belədir:

- Lənkəran rayonundan – 1 ailə (4 nəfər);
- Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər);
- Ağcabədi rayonundan – 1 ailə (2 nəfər)

Ümumilikdə bu dəfə kəndə 25 ailə - 92 nəfər köçürülür.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Həmin rayonlardan köç karvanına qoşulacaq ailələrin sayı isə belədir:

Beləliklə, bununla da Laçın rayonunun Zabux kəndinə köçürülən ailələrin ümumi sayı 146-ya (567 nəfər) çatıb.

Xatırladaq ki, Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.