Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.
Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
"Qafqazinfo" əlavə edir ki, Ş.Aslanov Qusar rayonunun Sudur kəndində anadan olub. Həlak olan Şamil 8 ayın əsgəri olub.