“Özünüzü ələ alın, əks halda...” - Tramp

ozunuzu-ele-alin-eks-halda
Oxunma sayı: 3025

ABŞ Prezidenti Donald Tramp Avropanı miqrasiyanın qarşısını almağa çağırıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.

“Avropalılar özlərini ələ almalıdırlar, əks halda Avropanız olmayacaq. Miqrasiya məsələsində birgə hərəkət etməlisiniz”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, avropalılar əsl “işğala yol veriblər”.

ABŞ Prezidenti həmçinin Avropanı külək enerjisi istehsalını dayandırmağa çağırıb.