Pandemiyadan ölənlərin sayına görə ilk 3-lüyə daxil olan - Ölkələr

pandemiyadan-olenlerin-sayina-gore-ilk-3-luye-daxil-olan
Oxunma sayı: 5146

Dünyada koronavirusa yoluxanların sayı 924 min 886, ölənlərin sayı isə 46 min 375 nəfərdir.

“Qafqazinfo” worldometers.info-ya istinadən xəbər verir ki, 193 min 431 nəfər isə Covid-19-a qalib gəlib.

Ən çox yoluxma ABŞ-da (209 min 105), ölüm isə İtaliyada (13 min 155) qeydə alınıb. İspaniya 102 min 179 yoluxma, 9131 ölüm faktı ilə ilk üçlüyü tamamlayır.

Bu gün ABŞ-da 605 nəfər (ümumilikdə 4658), İtaliyada 727 (ümumilikdə 13 min 155), İspaniyada 667 nəfər (ümumilikdə 9131) koronavirusdan  dünyasını dəyişib.

Virusun yayılmağa başladığı Çində isə bu gün 7 nəfər ölüb (ümumilikdə 3312).