Peru Prezidenti Fransisko Saqasti yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunub.
“Qafqazinfo” bildirir ki, prosedur “TV Peru” dövlət televiziyasının efirində yayımlanıb.
“Mən qorxu olmadan, güvən və ümidlə peyvənd olunuram”, - dövlət başçısı deyib.
Prosedur başa çatdıqdan sonra Peru liderinə peyvəndlənmə haqqında sertifikat təqdim edilib. 21 gün sonra siyasətçiyə Çin əczaçılıq şirkəti “Sinopharm” tərəfindən istehsal edilən preparatın ikinci dozu vurulacaq.
Son xəbərlər
Son Xəbərlər