Piyadanı vuran avtomobil mağazaya çırpıldı - Ölən var

piyadani-vuran-avtomobil-magazaya-cirpildi
Oxunma sayı: 3597

Bu gün saat 12 radələrində Balakən rayonunun Qullar kəndi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Mercedes C Class” markalı avtomobil idarəetmədən çıxaraq piyada, 1993-cü il təvəllüdlü Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü 29 yaşlı İmam Babazadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.