Daxili işlər naziri Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər orqanları ilə bağlı son 15 ildə görülən işlərdən danışıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Usubov bildirib ki, daxili işlər orqanlarına prezident İlham Əliyevin böyük dəstəyi, himayədarlığı bizə xidməti fəaliyyətimizdə əsaslı dəstək, yüksək mənəvi stimul verir:
“Son 15 ildə bəzilərinin təməlqoyma və ya açılış mərasimlərində cənab Prezidentin şəxsən iştirak etdiyi yüzlərlə obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılıb, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb. Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatıb. Bu müddətdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 14 sərəncam imzalanıb və nəticədə əməkhaqları orta hesabla 16 dəfə artıb. Şəxsi heyətin gərgin əməyi və fədakar xidməti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, ötən 15 ildə 626 əməkdaş dövlət mükafatları ilə təltif olunub, 44 rəhbər vəzifəli şəxs ali xüsusi rütbələrə layiq görülüb”.
Son xəbərlər
Son Xəbərlər