Prezident Anarın oğluna yeni vəzifə verdi - Yenilənib

prezident-anarin-ogluna-yeni-vezife-verdi
Oxunma sayı: 17833

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Küveytdəki səfirliyinə yeni təyinatla bağlı sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.

***

Prezidentin digər sərəncamı ilə Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

“Qafqazinfo” xatırladır ki, yeni təyinat alan Tural Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin (Yazıçı Anar) oğludur. O, daha öncə ölkəmizin Küveytdəki səfiri kimi fəaliyyət göstərib.