Prezident nazirliyə 12 milyon manat pul ayırdı

prezident-nazirliye-12-milyon-manat-pul-ayirdi
Oxunma sayı: 5732

Prezident İlham Əliyev toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Qafqazinfo”nun məlumatına görə, müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 12,0 (on iki) milyon manat ayrılıb.