Prezident “Qarabağ”ı təbrik etdi

prezident-qarabagi-tebrik-etdi
Oxunma sayı: 5315

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ”ı Çempionlar Liqasınının əsas mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısı rəsmi “X” hesabında paylaşım edib:

“Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı! “Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”