Putinlə Uitkoffun görüşünü faydalı adlandırdı

putinle-uitkoffun-gorusunu-faydali-adlandirdi
Oxunma sayı: 1593

“Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüş zamanı ABŞ-li həmkarı Donald Trampa Ukraynadakı münaşiqənin nizamlanması məsələsinə dair ismarışlar göndərib”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov deyib. 

O, tərəflər arasında baş tutan danışıqları konstruktiv və faydalı adlandırıb. 

Uşakov, həmçinin qeyd edib ki, müvafiq ismarışlar Trampdan da alınıb. 

Xatırladaq ki, bu gün Kremldə V.Putinlə S.Uitkoff arasında təqribən 3 saat davam edən görüş keçirilib.