“Qarabağ” “Dalğa Arena”da oynayacaq

qarabag-dalga-arenada-oynayacaq
Oxunma sayı: 2812

UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qarabağ” ev oyunlarını “Dalğa Arena”da keçirəcək. Bu barədə məlumatı “Qafqazinfo”ya klubun icraçı direktoru Əmrah Çəlikəl verib.

O, artıq bununla bağlı UEFA-ya sorğu göndərdiklərini bildirib: “Artıq UEFA-ya sorğu göndərmişik. Ot örtüyünün yaxşı olmasına görə oyunlarımızı “Dalğa Arena”da keçirmək istəyirik. Amma son qərarı qitə futbol qurumu verəcək”.

Çəlikəl daha az tutuma malik “Dalğa Arena”nı seçərkən azarkeşlərin nəzərə alınıb-alınmaması ilə bağlı suala da cavab verib: “Biz də istəyərdik ki, daha böyük stadionda çıxış edək. Amma vəziyyət elədir ki, ot örtüyü daha vacib amildir. Bu səbəbdən də “Dalğa Arena”nı seçdik”.