“Qarabağ”dan böyükhesablı qələbə - Yenilənib - Fotolar

qarabagdan-boyukhesabli-qelebe
Oxunma sayı: 13402

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da cavab matçına çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək. Matç saat 20:00-da başlanacaq. Bu komandaların ilk qarşılaşması Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, mərhələ adlayacaq tərəf III təsnifat mərhələsində “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. Bu iki cütün məğlubları isə Avropa Liqasında münasibətlərinə aydınlıq gətirəcəklər.
 
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu

30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq”)
Baş hakim: Yakob Sandberq (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu

***

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) matçı üçün heyətlər açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, komandalar saat 20:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

“Qarabağ”: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo

Ehtiyat oyunçular:  1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov,  30. Abbas Hüseynov,  2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica

“Linkoln”: 1. Nauzet Santana, 5. İbrahim Ayu, 6. Bernardo Lopes (k), 15. Rafael Munyos, 24. Con Serqeant, 21. Nano, 8. Mustafa Yahaya, 22. Qrem Torrilya, 11. Julian Valarino, 17. Pedro Martin, 20. Etan Britto

Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas

***

Matç başladı.

***

“Qarabağ” hesabı açır. 17-ci dəqiqədə Olaviyo Juninyo fərqlənir.

***

Olaviyo Juninyo 31-ci dəqiqədə dubl edir. “Qarabağ” - “Linkoln” 2:0

***

44-cü dəqiqədə Olaviyo Juninyo het-trik edir. “Qarabağ” - “Linkoln” 3:0

***

Fasilə

***

İkinci hissə başladı.

***

Yasin Benzia 66-cı dəqiqədə hesabı 4:0 edir.

***

Leandro Andrade 72-ci dəqiqədə adını tabloya yazdırır. 5:0 

***

Matç bitdi. “Qarabağ” - “Linkoln” 5:0. İlk oyun (“Linkoln”- “Qarabağ” 0:2).

Fotolar: Xəyal Vəlizadə