“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi bəlli oldu

qarabagin-cempionlar-liqasindaki-novbeti-reqibi-belli-oldu
Oxunma sayı: 5081

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi növbəti mərhələdə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

“Şkendiya” bu uğura hər iki oyunda Rumıniyanın FCSB klubunu məğlub edərək nail olub- 1:0, 2:1.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları 5-6 avqust, cavab matçları isə 12 avqust tarixlərində keçiriləcək.