Qazaxıstanın Nursultan şəhərində ermənilərlə azərbaycanlılar arasında baş verən kütləvi davada 1 soydaşımız öldürülüb, daha bir neçə nəfər xəsarət alıb.
"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, hadisə Nursultan şəhərində azərbaycanlılara məxsus kafenin qarşısında olub.
Belə ki, erməni millətindən olan şəxslər Qazaxıstanda yaşayan 19 yaşlı Tural İlqar oğlu Teymurovu təhqir edib. Bu zaman onlar arasında dava olub. İlkin məlumata görə, ermənilər ona bıçaqla xəsarət yetiriblər. Belə olduqda soydaşımızın yaxın qohumu, Azərbaycan əsilli Qazaxıstan vətəndaşı, 1995-ci il təvəllüdlü Etibar Ümidvar oğlu Teymurov köməyə gəlib. Lakin o, münaqişə zamanı ürək nahiyəsinə vurulan bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.
Bundan sonra tərəflər arasında davanın miqyası daha da böyüyüb. Nəticədə daha üç nəfər xəsarət alıb.
Qeyd edək ki, ölən azərbaycanlı uzun illərdir Qazaxıstanda yaşayıb. Mərhumun meyitinin sabah vətənə gətiriləcəyi və doğulduğu Masallı rayonunun Bədəlan kəndindəki qəbiristanlıqda dəfn olunacağı söylənilir.
Mərhumun dayısı Həşim Ağayev Qazaxıstanda Azərbaycan diasporunun üzvüdür.
***
Qazaxıstanda soydaşımız Etibar Teymurovun qətlə yetirilməsinin detalları məlum olub.
Cenub.az-ın məlumatına görə, hadisə Nursultan şəhərindəki “İrs” kafesi qarşısında baş verib. Davaya səbəb ermənilərin söyüş söyməsi olub.
Etibarı bıçaqla qətlə yetirən Petros adlı erməni olub. Daha bir neçə nəfər azərbaycanlı isə həmin davada yaralanıb.
Qeyd edək ki, Etibar Teymurov Masallı rayon Bədəlan Ərazi Dairəsinin Aşurlu kəndindəndir. 25 yaşı var. 2 azyaşlı uşaq atası idi. Nursultanda yaşayan Etibar və ailəsi bizneslə məşğul olub. Onun həm də Hacı olduğu deyilir. Həmçinin bildirilir ki, Qazaxıstandakı Azərbaycan səfirliyi hadisəni nəzarətdə saxlayır. Cinayəti törədən şəxs həbs edilib.

Son xəbərlər
Son Xəbərlər