Qəbələdə yanğın törədən şəxslər müəyyən edildi

qebelede-yangin-toreden-sexsler-mueyyen-edildi
Oxunma sayı: 1957

Avqustun 9-da Qəbələ şəhəri ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla yanğının 2 yeniyetmə tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. 

Hadisə nəticəsində quru ot sahəsi və kol-kos yanıb. 

Əməli törədən şəxslər valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunub və profilaktik söhbətlər aparılıb.