Qəbr əzabını yüngülləşdirmək üçün nə etməli?

qebr-ezabini-yungullesdirmek-ucun-ne-etmeli
Oxunma sayı: 2398


“Qafqazinfo”nun islam.az-a istinadən verdiyi məlumata görə, suyu qəbrin baş tərəfindən tökərək ayaq tərəfinə gəlir və dövrə üzrə yenə baş tərəfinə qayıdırlar. Suyun artıq qalanını isə qəbrin ortasına tökürlər. İmam Cəfər Sadiq (ə) buyurub ki, qəbrin torpağı nə qədər ki yaşdır, ölünün əzabı təxirə salınar. Buna görə dəfndən sonrakı 40 gün ərzində qəbrin üzərinə su tökmək müstəhəb sayılıb. Müstəhəbdir ki, su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər (bundan sonra da risalədə yazılan duanı oxuyurlar).

Dəfn gecəsi ölünün ruhuna rəhmət demək, dualar oxumaq, Quran tilavət edib savabını ona hədiyyə etmək, sədəqə vermək faydalıdır.