Dünya üzrə qızıl qiymətləri rekord həddə çatıb.
“Qafqazinfo” bu barədə FED-in faiz dərəcələrinə əsasən məlumat verir.
Belə ki, ilk dəfə olaraq qızılın sentyabr fyuçersləri 1 unsiya üçün 2 493 ABŞ dollarına yüksəlib.
Məlumata görə, bu qiymət cümə günü 1,8 faiz bahalaşaraq, keçən ay müəyyən edilmiş əvvəlki rekordu aşıb.
Qeyd olunub ki, qızılın qiyməti etibarlı aktivlərə güclü tələbat səbəbindən tarixi maksimuma çatıb.
Son xəbərlər
Son Xəbərlər