Qızına 270 minlik çəhrayı avtobus aldı - Fotolar

qizina-270-minlik-cehrayi-avtobus-aldi
Oxunma sayı: 3722

Türkiyənin pop ulduzu Demet Akalın və iş adamı Ozan Kuroğlu qızları Hiraya dəbdəbəli ad günü edib. “Qafqazinfo” xəbər verir ki, Hiranın İstanbuldakı otellərin birində baş tutan 6 yaş şənliyində şou-biznesin tanınmış simaları da yer alıb.

Məkanı “Qarlar ölkəsi” kimi dekorasiya etdirən Akalın qızının istəyi ilə buz kraliçası olub. Ad günündə çəkilən fotolar sosial şəbəkələrdə paylaşılıb.

Bundan əlavə, gündəmi zəbt edən mövzu isə Demetin qızına aldığı bahalı hədiyyə olub. Belə ki, sənətçi Hiraya 270 min TL (təxminən 77 min AZN) dəyərində çəhrayı avtobus alıb.