Qurban Qurbanovdan möhtəşəm jest - Foto

qurban-qurbanovdan-mohtesem-jest
Oxunma sayı: 14158

Konfrans Liqasında keçirilən “Qarabağ” - “Marsel” oyununda maraqlı an yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjinin qolu əllə vurmasından sonra futbolçusunu yanına çağırıb.

O, futbolçusuna qolu əllə vurub-vurmadığını soruşub. İbrahima Vadji isə qolu əllə vurduğunu etiraf edib və Qurbanov ona bunu hakimə deməsini bildirib.

Nəticədə qol sayılmayıb. Buna görə rəqibin ulduz futbolçusu Dmitri Payet Qurban Qurbanova təşəkkür edib.

Elsevər Məmmədov