Rafael Ağayev finalda uduzdu - Yenilənib+Video

rafael-agayev-finalda-uduzdu
Oxunma sayı: 16811

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, ilk görüşündə almaniyalı Noa Biçə 2:1 hesabı ilə qalib gəlib.

***

Rafael Ağayev Olimpiadada 2-ci görüşünü keçirib. O, Tsuneari Yahiroya 5:0 hesabı ilə qalib gəlib.

***

Rafael Ağayev qazaxıstanlı Nurkanat Ajiqanova 3:2 hesabı ilə qalib gələrək vaxtından əvvəl yarımfinala vəsiqə əldə edib. 

***

Rafael Ağayev qrupun son oyununda Luici Busaya 1:3 hesabı ilə uduzub. 

***

Rafael Ağayev yarımfinalda Qabor Karoli Harspatakiyə 7:0 hesabı ilə qalib gələrək finala adlayıb.

***

Rafael finalda Luici Busa ilə üz-üzə gələcək. 

***

Rafael Ağayev finalda Luici Buzaya 0:1 hesabı ilə uduzaraq gümüş medal qazanıb.