Rafael Fiziyev Qetjiyə məğlub oldu - Video

rafael-fiziyev-qetjiye-meglub-oldu
Oxunma sayı: 4338

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti döyüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, 32 yaşlı idmançı turnirdə yüngül çəki dərəcəsində ABŞ təmsilçisi Castin Qetji ilə üz-üzə gəlib.

Las-Veqasda keçirilən görüşün üç raundunun yekununa əsasən, R.Fiziyev rəqibinə uduzub. Hakimlərin yekdil qərarı ilə amerikalı idmançı üstün olub - 29-28, 29-28, 29-28.

Xatırladaq ki, 2023-cü ilin martında UFC 286 turnirində də R.Fiziyev Castin Qetjiyə məğlub olmuşdu.