Rauf Əliyevin seçiciləri və idmançılarla görüşü keçirilib - Foto

rauf-eliyevin-secicileri-ve-idmancilarla-gorusu-kecirilib
Oxunma sayı: 1079

Şağan Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Rauf Əliyevin 9 fevral Parlament seçkilərində səs verəcək seçiciləri və idmançılarla görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Olimpiya və dünya çempionu Fərid Mansurov, Əməkdar məşqçi, Güləş federasiyasının vitse-prezidenti Elçin Cəfərov və SSRİ çempionu və spartakiada qalibi Firudin Qurbanov iştirak və çıxış ediblər. 

Milli Məclisə deputatlığa namizəd Rauf Əliyev çıxış edərək hesabat dövrü ərzində fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Tədbirdə çıxış edən seçicilər Rauf Əliyevin deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkisində ona səs verməyə çağırıblar.