Regionun ən böyük “Adidas” mağazası Bakıda açıldı - Fotolar

regionun-en-boyuk-adidas-magazasi-bakida-acildi
Oxunma sayı: 10689

Qafqazın ən böyük “Adidas” mağazası Bakıda açılıb. 

“Qafqazinfo” xəbər verir ki, mağaza “Gənclik Mall”un ikinci mərtəbəsində yerləşir. 

Ərazisi 700 kv.m-dən çox olan mağazada brendə məxsus ən son geyim və aksesuar yenilikləri təqdim olunur. 

Özünə “Mümkünsüz heç nə yoxdur” şüarını seçən brend bundan sonra da alıcılarını sevindirməyi davam etməyi düşünür. 

Qeyd edək ki, bu, “MyBrands” mağazalar şəbəkəsinə məxsus “Adidas”ın paytaxtımızda sayca üçüncü filialıdır. Brendin digər mağazaları “Park Bulvar” və yeni açılmış “Crescent Mall”da yerləşir. 

“MyBrands” mağazalar şəbəsinin məqsədi ən yüksəkkeyfiyyətli məhsullar istehsal edən dünya brendlərini geniş çeşiddə təqdim etməkdir. 

Şirkətin rəsmi Mybrands.az saytı isə Azərbaycanda ən böyük dəbli geyim və aksesuar saytlarından biridir.

İnstaqram: @mybrands.az .