“2016-cı ildə hər 40 saniyədə bir kiber hücuma məruz qalırdıqsa, indi bu rəqəm dörd dəfə artıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
O qeyd edib ki, kibertəhdidlər dünya iqtisadiyyatında ən ciddi risklərdir. Ötən il dünya iqtisadiyyatı bunlardan 6 trilyon dollar ziyan çəkib.
Nazir həmçinin əlavə edib ki, kibertəhlükəsizlik sahəsinə inkişafa dövlət səviyyəsində təkan verilir. İnsan resursları dövlət başçısının siyasətinin tərkib hissəsidir.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər