Rəşad Sadıqovdan Qurban Qurbanov haqda bir cümlə - Foto

resad-sadiqovdan-qurban-qurbanov-haqda-bir-cumle
Oxunma sayı: 15407

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun sabiq kapitanı “atlılar”ın  İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdırdığı (3:2, 2:2) oyundan sonra rəsmi instaqram səhifəsində komandanın baş məşqçisi Qurban Qurbanovla fotosunu paylaşıb. 

Sadıqov paylaşımında qeyd edib: “Azərbaycana sənin kimi oğul verdiyinə görə Allaha nə qədər şükür etsək, yetməz!”.

Xəbəri rus dilində oxuyun: Рашад Садыгов о Гурбане Гурбанове ... - Фото