“Rövnəq Abdullayevlə Elxan Məmmədovdan üzr istəməliyəm”

rovneq-abdullayevle-elxan-memmedovdan-uzr-istemeliyem
Oxunma sayı: 8093

Vəkil Aslan İsmayılov və AFFA arasındakı məhkəmə çəkişməsinin apellyasiya instansiyası yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə A.İsmayılov öz sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, qərara əsasən, AFFA-nın prezidenti Rövnəq Abdullayevdən və vitse-prezidenti Elxan Məmmədovdan üzr istəməlidir. Vəkilin sözlərinə görə, “AFFA-da korrupsiya var” dediyinə görə Bakı Apellyasiya Məhkəməsi müvafiq qərar çıxarıb.

Qeyd edək ki, AFFA Aslan İsmayılovu qurum barədə böhtan xarakterli məlumatlar yaymaqda, işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edərək 10 min manat təzminat tələb edib.