“Rusiya Ermənistanı “Tramp yolu”nun yaradılmasında dəstəkləyir”

rusiya-ermenistani-tramp-yolunun-yaradilmasinda-destekleyir
Oxunma sayı: 4700

“İrəvan bunu zəruri hesab edirsə, Rusiya Ermənistanı “Tramp yolu”nun (Zəngəzur dəhlizi - red.) yaradılması planlarında dəstəkləyir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan nəyinsə onun üçün yaxşı olduğunu hesab edirsə, əlbəttə, biz burada Ermənistanı dəstəkləyirik”, - Overçuk qeyd edib.