Krivoy Roqda ölənlərin sayı artdı - Matəm elan olundu

krivoy-roqda-olenlerin-sayi-artdi
Oxunma sayı: 4601

09:38

Ukraynanın Dnepropetrovsk vilayətində yerləşən Krivoy Roq şəhəri gecə saatlarında Rusiya ordusu tərəfindən atəşə tutulub. 

“Qafqazinfo” “Strana” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak açıqlayıb.

Məlumata görə, beşmərtəbəli yaşayış binasının atəşə tutulması nəticəsində 3 sakin həlak olub, daha 25 nəfər isə yaralanıb. Dağıntılar altında insanlar olduğu bildirilir. Hazırda binada yanğın davam edir. 

Bununla yanaşı, yaxınlıqdakı avtomobillərə də ziyan dəyib. Şəhərin başqa hissələrində də yaralıların olduğu qeyd olunub. 

14:58

Krivoy Roqun Müdafiə Şurasının sədri Aleksandr Vilkulun məlumatına görə, şəhərin atəşə tutulması nəticəsində ölənlərin sayı 10-a çatıb.

Yaralıların sayı isə 28-ə yüksəlib. Bununla yanaşı, iyunun 14-ü şəhərdə matəm elan olunub.