Rusiya rublu “komada” - 40 faiz dəyərini itirdi

rusiya-rublu-komada
Oxunma sayı: 9314

Tokio birjasında səhər hərraclarının açılışı zamanı rubl əvvəlcə 30%, sonra isə 40% düşüb.

Bu barədə “Qafqazinfo” “Unian”a istinadən xəbər verir.

Fevralın 27-də Rusiya valyutadəyişmə məntəqələrində dollar 100-190 rubl dəyərində olub. RF Mərkəzi Bankının rəsmi məzənnəsi ilə 1 dollar 83,5 rubl təşkil edib.

Maliyyəçilər fevralın 28-də hərracın açılışında 1 dolların 300 rubla bərabər olacağını istisna etmirlər.

Xatırladaq ki, “Forex”də 1 dollar 113,5 rubla, 1 avro isə 127 rubla dəyişdirilir. Bu, tarixi maksimumdur.