Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Rusiya səfirliyinin qarşısında qeydə alınıb.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, səfirliyin qarşında dayanan maşın partladılıb. Nazirlik hədəfin Rusiya səfirliyi olub-olmadığının hələlik müəyyən edilmədiyini qeyd edib.
***
APA-nın məlumatına görə, Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda 7 nəfər ölüb, 25 nəfər yaralanıb. Bu barədə Kabilin polis rəisi Əbdül Rəhmən Rəhimi məlumat verib.
“FransPress” agentliyinin məlumatına görə, terror hücumunun əsas hədəfi Əfqanıstanın “TOLONews” telekanalının əməkdaşlarının olduğu avtobus olub.
Son xəbərlər
Son Xəbərlər