Rusiya təyyarəsi qəzaya uğradı - Sərnişinlərlə dənizə düşdü

rusiya-teyyaresi-qezaya-ugradi
Oxunma sayı: 7940

Rusiyaya aid An-26 yük təyyarəsi Banqladeşdə qəzaya uğrayıb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə dənizə düşüb. Sərnişinlərdən 2-si balıqçılar tərəfindən xilas edilsə də, onlardan biri xəstəxanada dünyasını dəyişib. Digər ikisinin axtarışları davam etdirilir. Sərnişinlərdən dördü də Rusiya vətəndaşı olub.

Qeyd edilir ki, təyyarə krevetka daşınması ilə məşğul olub.