Rusiyada konsert verməkdən imtina etdi - 1 milyon dollar alacaqdı

rusiyada-konsert-vermekden-imtina-etdi
Oxunma sayı: 18200

Amerikalı müğənni Cennifer Lopez Rusiyada konsert verməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Xəbərdə müğənninin avqustda Moskvada konsert verməyi planlaşdırdığı, lakin 3 ay əvvəl razılaşsa da, bu günlərdə fikrindən daşındığı qeyd edilib.

Dünyaşöhrətli müğənninin Moskvadakı konserti ilə bağlı ilkin müqavilə imzalandığı, hətta 1 milyon dollar qonorar təyin edildiyi də bildirilir.

Onun bu qərarı verməsinə səbəb kimi ölkədə hərbi əməliyyatların davam etməsi və bunun Lopezin imicinə xələl gətirəcəyi göstərilib.