Rusiyada turist avtobusu qatarla toqquşdu, ölənlər var - Foto

rusiyada-turist-avtobusu-qatarla-toqqusdu-olenler-var
Oxunma sayı: 1355

Rusiyanın Leninqrad vilayətində turistləri daşıyan avtobusla yük qatarı toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 2 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Qeyd olunub ki, Moskva vaxtı ilə saat 06:11-də baş verən qəzanın səbəbi avtobusun qatarın qarşısına çıxması olub.

Faktla bağlı araşdırma aparılır.