“Sabah” Çempionlar Liqasında oyuna çıxacaq

sabah-cempionlar-liqasinda-oyuna-cixacaq
Oxunma sayı: 998

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında bu gün mübarizəyə start verəcək.

“Qafqazinfo” xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək.

Bu raundun 1/4 final görüşü Türkiyənin Antalya şəhərindəki “Gloria Sports Arena”da təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.