Sabunçuda 1 nəfər göldə batıb

sabuncuda-1-nefer-golde-batib
Oxunma sayı: 2058

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) göldə batması barədə məlumat daxil olub.

“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.