Şahmatçılarımız Avropa çempionatına məğlubiyyətsiz başladı

sahmatcilarimiz-avropa-cempionatina-meglubiyyetsiz-basladi
Oxunma sayı: 860

İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının birinci turunun oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, qitə birinciliyinə təmsilçilərimiz məğlubiyyətsiz başlayıblar. Belə ki, şahmatçılarımız Nicat Abasov Vignir Vatnar Stefansson (İslandiya), Rauf Məmmədov Tarun Kanyamaral (İrlandiya), Vasif Durarbəyli Torstein Torsteinsson (İslandiya), Aydın Süleymanlı Tomas Nilsen (Danimarka) üzərində qələbə qazanıblar. Nicat Məmmədov Dimitrios Pappelis (Yunanıstan), Read Səmədov İvan Sariç (Xorvatiya) ilə heç-heçə ediblər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.